Haqqımızda

“Enna MMC” tərəfindən təqdim olunan Plus Power vitamin soft drink məhsulunun istehsalı 2022-ci ildən etibarən başlamışdır. İstehsala başladığımız gündən etibarən missiyamız içki sektorunda innovativ şirkət olmaq, məhsul portfelimizdə trendlərə uyğun yeniliklər etməkdir. Plus Power müştəri və istehlakçı məmnuniyyətini təmin etmək üçün dünya standartlarına cavab verən texnologiyalar əsasında hazırlanmış vitaminli içkidir. İçki istehsala başladıqdan etibarən müştəriyə qədər “təmassız istehsal prinsipləri” ilə hazırlanır. Qazlı, alkoqolsuz içki olan Plus Power soft drink məhsulu günün istənilən saatı enerjili olmaq istəyən insanlar üçün nəzərdə tutulmuşdur. Vitaminli içki öz müştərilərinə 250 ml və 500 ml qablaşdırılmalarda təqdim olunur.